Əsas Səhifə > Ana xəbər / Güney Press > “Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır
“Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılırBu gün, 11:50 |
|
Bakının Nərimanov rayonunda fəaliyyət göstərən “Sunrise” hoteli satışa çıxarılıb. Xitab24.az-ın əldə etdiyi məlumata görə, sözügedən obyekt “Aqrarkredit”in (Bank Olmayan Kredit Təşkilatı) balansındadır. Nərimanov rayonu, Məmməd Araz küçəsi, 95 ünvanında yerləşən 1078.1 kv.m sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 4.060.000,00 manatdır. Qeyd edək ki, hotel 4 mərtəbədən, 20 otaqdan ibarətdir. Geri qayıt |