Əsas Səhifə > Ana xəbər / Güney Press > Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq...
Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq...Bu gün, 11:47 |
|
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narişkin Avropa İttifaqını MDB məkanında sabitliyi pozmağa və etiraz əhval-ruhiyyəsini gücləndirməyə çalışmaqda ittiham edib. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Narişkin bu barədə MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətləri rəhbərlərinin Sankt-Peterburqda keçirilən XXII iclasında çıxış edərkən danışıb.Onun sözlərinə görə, Avropa elitaları bir tərəfdən Avropanın müdafiə və nüvə potensialının gücləndirilməsi istiqamətində addımlar atır, digər tərəfdən isə postsovet məkanında siyasi sabitliyə təsir göstərməyə çalışırlar.“Avropada vermaxt ruhunu dirçəltmək cəhdləri ilə eyni vaxtda Avropa elitaları MDB ölkələrində sabitliyin pozulması istiqamətində ciddi səylər göstərirlər”, – deyə SVR rəhbəri bildirib. Narişkin xüsusilə Avropa fondları və qeyri-hökumət təşkilatlarının fəaliyyətinə diqqət çəkib. O iddia edib ki, yalnız Avropa Demokratiya Fondunun xətti ilə hər il postsovet məkanında fəaliyyət göstərən müxtəlif “humanitar” QHT-lərə yüz milyonlarla avro ayrılır. SVR rəhbərinin fikrincə, bu təşkilatların əsas, lakin açıq şəkildə elan edilməyən məqsədi cəmiyyətdə parçalanma və gərginliyi davamlı vəziyyətdə saxlamaq, hakimiyyətə qarşı etiraz əhval-ruhiyyəsini stimullaşdırmaqdır. “Onların əsas qeyri-aşkar rolu cəmiyyəti daimi parçalanma və gərginlik vəziyyətində saxlamaq, hakimiyyətə qarşı istehlakçı münasibəti və etiraz əhval-ruhiyyəsini stimullaşdırmaqdır”, – Narişkin deyib. Narişkinin xəbərdarlığının Azərbaycan və digər MDB ölkələri üçün də mühüm mesajı var: qarşıdakı dövrdə postsovet məkanında mübarizə yalnız hərbi və iqtisadi müstəvidə aparılmayacaq. İnformasiya, ictimai rəy, gənclər, QHT sektoru və siyasi proseslər uğrunda rəqabət də getdikcə sərtləşə bilər. Musavat.com Geri qayıt |