Əsas Səhifə > Ana xəbər / Güney Press > Müharibə də yoxdur, ordu bu qədər itkini necə verib?

Müharibə də yoxdur, ordu bu qədər itkini necə verib?


Bu gün, 10:39

Sülh şəraitində Ermənistan ordusunda ölüm hallarının görünməmiş səviyyədə artması Müdafiə Nazirliyində qarşıdurmaya səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

“Məsuliyyəti üzərinə götürəcək “günah keçisi” tapmağa çalışan müdafiə naziri Suren Papikyan bir neçə həftə əvvəl Hərbi Polisin rəisi Aşot Zakaryanı və müşavirlərini vəzifədən azad edib. Amma gərginlik bununla da səngiməyib.

Baş verənlər yeni qarşıdurmalara səbəb olub. Əldə etdiyimiz məlumata görə, Müdafiə Nazirliyinin Hərbi Polisi, istintaq və prokurorluq orqanları intihar və qeyri-döyüş şəraitində baş verən digər ölüm hallarına görə məsuliyyəti zabit heyətinin üzərinə qoymağa çalışırlar. Zabitlər isə hesab edirlər ki, onların vəzifəsi qoşunların döyüş hazırlığı ilə bağlı məsələlərdir, intizam məsələləri ilə isə Müdafiə Nazirliyinin istintaq, Hərbi Polis və prokurorluq orqanları məşğul olmalıdır. Qarşılıqlı ittihamlar o qədər sərtləşib ki, hamı bir-birini düşmən hesab edir”, - nəşr yazıb.


Geri qayıt