Əsas Səhifə > Ana xəbər / Güney Press > “Brand Credit BOKT”da rəhbərlik dəyişdirilib

“Brand Credit BOKT”da rəhbərlik dəyişdirilib


Bu gün, 10:37

“Brand Credit BOKT” MMC-nin Müşahidə Şurasının sədrində dəyişiklik baş verib.

Banker.az xəbər verir ki, Zöhrab Rüstəmov Müşahidə Şurasının sədri vəzifəsindən ayrılıb, onun yerinə Əli Hüseynov təyin edilib.

Bununla yanaşı, BOKT-nin Müşahidə Şurasının üzvləri arasında da dəyişiklik olub. Əvvəlki tərkibdə Əli Hüseynov və Rauf Axundov yer alırdı. Yeni tərkibdə isə Rauf Axundovla yanaşı Aygün Əhmədova da Müşahidə Şurasının üzvü olub.

“Brand Credit BOKT” MMC-yə BKT-9 nömrəli lisenziya 21 noyabr 2011-ci ildə verilib. Hazırda onun nizamnamə kapitalı 1.9 milyon manatdır. Şirkətin pay bölgüsünə görə, Yeganə Vəliyeva 75%, Əli Hüseynov 22%, Şəbnəm Vəliyeva isə 3% paya sahibdir.


Geri qayıt