Əsas Səhifə > Ana xəbər / Güney Press > Sertifikatlaşdırmadan keçməyən müəllimlərdən birinə 18, digərinə isə cəmi 6 saat dərs yükü...

Sertifikatlaşdırmadan keçməyən müəllimlərdən birinə 18, digərinə isə cəmi 6 saat dərs yükü...


Bu gün, 08:38

Məktəbdə eyni fənn üzrə çalışan və sertifikatlaşdırma imtahanından keçməyən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi zamanı ciddi ədalətsizliyə yol verildiyi barədə narahatlıq yaranıb.

Belə ki, sertifikatlaşdırmadan keçməyən müəllimlərdən birinə həftəlik 18 saat, digərinə isə cəmi 6 saat dərs yükü verilib. Eyni statusda olan müəllimlər arasında dərs saatlarının bu qədər fərqli bölüşdürülməsinin hansı hüquqi və obyektiv meyar əsasında aparıldığı izah edilməlidir.
Sertifikatlaşdırmanın məqsədi müəllimin peşəkarlıq səviyyəsini, bilik və bacarığını qiymətləndirməkdirsə, imtahandan keçməyən bir müəllimə 18 saat, digərinə isə 6 saat dərs verilməsi hansı məntiqlə və hansı normativ-hüquqi əsasla izah olunur? Əgər dərs bölgüsündə müəllimin peşəkarlığı, bilik və bacarığı, qiymətləndirmə nəticələri və digər obyektiv meyarlar nəzərə alınırsa, bu meyarlar bütün müəllimlərə eyni və şəffaf şəkildə tətbiq edilməlidir. Əks halda, sertifikatlaşdırmanın müəllimin peşəkarlığının müəyyənləşdirilməsi məqsədi ilə keçirilməsinin özü sual doğurur. Həmçinin müəllimlərin dərs yükünün bölüşdürülməsində şəxsi münasibətlərin, subyektiv yanaşmanın və ya hər hansı qeyri-qanuni üstünlüyün rol oynamasına yol verilməməlidir. Bu səbəbdən dərs bölgüsünün hansı normativ-hüquqi sənədə və konkret hansı meyarlara əsasən aparıldığının araşdırılması, 18 saat və 6 saat dərs yükü arasındakı fərqin hüquqi əsasının müəyyənləşdirilməsi və nəticənin obyektiv şəkildə qiymətləndirilməsi xahiş olunur.
Müəllimlərin əməyinə və peşəkarlığına münasibətdə bərabərlik, şəffaflıq və ədalət prinsiplərinin qorunması təmin edilməlidir.

Tehsilmedia.COM


Geri qayıt