Əsas Səhifə > Ana xəbər / Güney Press > “AzerGold”da iki nəfərə vəzifə verildi, bir nəfər işdən çıxdı

“AzerGold”da iki nəfərə vəzifə verildi, bir nəfər işdən çıxdı


Bu gün, 17:18

“AzerGold” QSC-də kadr təyinatları olub.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sitarə Mustafazadə İnsan resurslarının idarəolunması şöbəsinin müdir müavini təyin olunub.

Bundan əlavə, Geoloji-geofiziki məlumatların təhlili sektorunun müdiri vəzifəsinin icrası Elfaq Məmmədova həvalə olunub.

Eyni zamanda, Monitorinq və təhlil sektorunun müdiri Kamil Paşayev isə vəzifəsindən ayrılıb.

Qeyd edək ki, yeni təyinatadək S.Mustafazadə İnsan resursları üzrə biznes tərəfdaşlığı sektorunun müdiri, Geoloji-geofiziki məlumatların təhlili sektorunun Aparıcı mütəxəssisi vəzifəsində çalışıb. K.Paşayev isə “AzerGold”dakı vəzifəsinə ötən ilin noyabrında təyin olunmuşdu.


Geri qayıt