Əsas Səhifə > Ana xəbər / Güney Press > Bank of Baku-da rəhbər vəzifəyə TƏYİNAT OLUB

Bank of Baku-da rəhbər vəzifəyə TƏYİNAT OLUB


Bu gün, 17:14

“Bank of Baku” ASC-də rəhbər vəzifəyə yeni təyinat həyata keçirilib.

"DİA-AZ" xəbər verir ki, Zöhrab Niftəliyev bankın İdarə Heyətinin sədrinin müşaviri vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, Zöhrab Niftəliyev uzunmüddətli peşəkar təcrübəyə malikdir. O, 2008-2009-cu illərdə “AzStarNet” şirkətində, 2009-2011-ci illərdə isə “Azərsun Holdinq”də proqramçı olaraq fəaliyyət göstərib. 2011-ci ildən isə “Azercell Telekom” MMC-də fəaliyyət göstərməyə başlayıb. Burada 2021-ci ilədək Data mühəndisi, 2021-2026-cı illərdə isə Biznes sistemlərinə dəstək şöbəsinin rəhbəri vəzifəsini yerinə yetirib.

Qeyd edək ki, Zöhrab Niftəliyev 2003-2007-ci illərdə Bakı Mühəndislik Universitetində Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı üzrə təhsil alıb.


Geri qayıt