Əsas Səhifə > Ana xəbər / Güney Press > Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR...

Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR...


Bu gün, 10:46

Culfa rayon icra hakimiyyətinin sabiq başçısı və Naxçıvan Ali Məclisinin sabiq deputatı Ramiz Tağıyev Daxili islər naziri Vilayət Eyvazova müraciət edib.

Gununsesi.info-nun xəbərinə görə, Ramiz Tağıyev müraciətində özünün və ailə üzvülərinin təhdid edilməsi haqqında yazıb:

“Feysbuk və vatsap səhifələrimizdə agır təhqirlər , böhtanlar , təhdidlər edirlər . Bu işlər hansısa peşəkar xakerlər vasitəsilə etdirilir . Beləki , səhifələrimizə girib , status yerlərimizdə bizə qarşı çox agır ifadələr işlədirlər .

Çox hörmətli Cənab Nazir!

Sizin ədalətinizə inanaraq Sizə müraciət edirəm ; xahiş edirəm ki , göstəriş verəsiniz ki , məni və ailəmi təhqir , təhdid edənləri , böhtan atanları aşkar edib cəzalandırsınlar”.


Geri qayıt