Əsas Səhifə > Ana xəbər / Güney Press > Mərkəzi Bankda yeni departament rəhbəri təyin edilib
Mərkəzi Bankda yeni departament rəhbəri təyin edilibBu gün, 10:27 |
|
Mehriban Nazim qızı Əliyeva Azərbaycan Respublikasının Mərkəzi Bankında Maliyyə bazarlarının hüquqi təminatı departamentinin direktoru təyin edilib. Banker.az xəbər verir ki, sözügedən vəzifə daha əvvəl vakant olub. Maliyyə bazarlarının hüquqi təminatı departamentinin əsas məqsədi maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsində Mərkəzi Bankın qanunla müəyyən edilmiş funksiya və səlahiyyətlərinin həyata keçirilməsinə hüquqi yardım göstərmək, həmçinin Mərkəzi Bankın normayaratma fəaliyyətinin qanunvericiliyin prinsiplərinə uyğunluğunu təmin etməkdir. Departamentin strukturuna Bank sektorunun hüquqi təminatı, Sığorta bazarının hüquqi təminatı, Kapital bazarlarının hüquqi təminatı, Ödəniş sektoru və maliyyə texnologiyalarının hüquqi təminatı, habelə Sektorlararası hüquqi təminat şöbələri daxildir. Mehriban Əliyeva 2026-cı ilin sentyabrından Mərkəzi Bankda departament rəhbəri vəzifəsində çalışır. Bundan əvvəl 2024-cü ilin mayından 2025-ci ilin avqustunadək Mərkəzi Bankda digər departamentin rəhbəri, 2022-ci ilin aprelindən 2024-cü ilin mayınadək bölmə rəhbəri, 2020-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə baş hüquqşünas vəzifələrində çalışıb. O, 2019-cu ilin avqustundan 2020-ci ilin yanvarınadək Maliyyə Bazarlarına Nəzarət Palatasında baş hüquqşünas, 2016-cı ilin aprelindən 2019-cu ilin avqustunadək aparıcı hüquqşünas vəzifələrində fəaliyyət göstərib. Daha əvvəl, 2014-cü ilin iyulundan 2016-cı ilin martınadək Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində aparıcı məsləhətçi olub. Geri qayıt |