Əsas Səhifə > Ana xəbər / Güney Press > Qobustanda TENDER qazanır, amma DÖVLƏTƏ...

Qobustanda TENDER qazanır, amma DÖVLƏTƏ...


Bu gün, 07:31

"Qobustan Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi maliyyə və mühasibatlıq əməliyyatlarının avtomatlaşdırılması üzrə proqram təminatının (SERP) modullarına texniki dəstək xidmətinin satın alınması ilə bağlı "SİNAM" MMC ilə satınalma müqaviləsi bağlayıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, bir mənbə metodu ilə həyata keçirilən müqavilənin ümumi maliyyə dəyəri 14.160 AZN təşkil edir.


Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil, ev 66 ünvanında qeydiyyatda olan və qanuni təmsilçisi Əbülfət Rəhmanov Salman oğlu olan "SİNAM" MMC-nin dövlət büdcəsinə hazırda dəqiq 4.858.750,47 AZN vergi borcu var. Nizamnamə kapitalı 44.487,92 AZN təşkil edən şirkətin belə böyük həcmdə borcla satınalmada iştirakı diqqət çəkir.

Geri qayıt