Əsas Səhifə > Ana xəbər / Güney Press > Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı?

Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı?


Bu gün, 01:21

Məncə ölkədə qiymət siyasətinin göstəriciləri, qaydaları itib. Kim nəyi neçəyə bacarır satır. Bu fürsətçillik də deyil, konkret nəzarətsilikdən doğan faktorlardır.
Burda qiymətə nəzarət, vergi yayınmaları və sair faktorlar böyükdür. Get marketdən 50 qəpiklik suyu al apar 5 metr kənarda 1 manata sat... "Başdı başın saxlasın' prinsipi ilə iqtisadiyyat qurmaq olmaz.
Təndir çörəyi bişirilən sexdə 50 qəpiklik suyu 1 manata satana deyən yoxdu ki, bu suyu niyə bu qiymətə satırsan?
Bakı şəhər İcra Hakimiyyətinin köşkləri var metro çıxışlarında... elə bil başqa planetdədilər. Nəsil nəcabətlərinin qiymətini qoyublar üstünə. Siqaret üçün konkret qiymət müəyyənləşib. Bu köşklər siqaretin üstünə azı 40-50 qəpik qoyub bah satırlar. Bir adam demir ki, bu nə deməkdir.
Yəni, sözümün canı odur ki, belə iqtisadi nəzarətsizliklə hara qədər gedə bilərik? Bu nə vaxta kimi belə davam edəcək?
Ədil Hüseynli - "DİA-AZ"
.
.
.
Yazıları DƏDƏ MALI kimi oğurlaya bilərsiniz...

Geri qayıt