Əsas Səhifə > Ana xəbər / Güney Press > SOCAR borc içində batan ABŞ şirkətinə MİLYARDLAR YATIRIR

SOCAR borc içində batan ABŞ şirkətinə MİLYARDLAR YATIRIR


Bu gün, 06:58

ABŞ-nin təbii qaz istehsalçısı olan "Comstock Resources" şirkəti sentyabrın 1-də bildirib ki, borc yükünü azaltmaq məqsədilə Heynsvil şist qazı yataqlarındakı aktivlərini və əlaqəli qaz nəqli infrastrukturundakı paylarını Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 1.65 milyard dollara satmağı planlaşdırır.
"DİA-AZ" xəbər verir ki, razılaşmaya əsasən, SOCAR "Comstock" şirkətinin "Legacy" və "Western Haynesville" aktivlərində, həmçinin "Pinnacle Gas Services"in qaz nəqliyyatı və infrastrukturu biznesində pay sahibi olacaq.
Sövdələşmənin ilin sonunadək tamamlanacağı gözlənilir.
"Comstock"un məlumatına görə, bu sövdələşmə şirkətin iyunun 30-na olan 3.1 milyard dollarlıq pro-forma xalis borcunun təxminən 1.5 milyard dollara düşməsinə imkan verəcək.

Geri qayıt