Əsas Səhifə > Ana xəbər / Güney Press > İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI
İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDIBu gün, 17:13 |
|
Goranboy şəhər 2 saylı tam orta ümumtəhsil məktəbində görünməmiş hadisə yaşanıb. İşində yol verdiyi ciddi nöqsanlara və törətdiyi qanunsuz əməllərə görə vəzifəsindən azad edilən keçmiş direktor İlhamə Qasımova qəzəbinə hakim ola bilməyərək təhsil müəssisəsinin əmlakına zərər vurub. Gundemxeber.org-a daxil olan əlumata görə, keçmiş direktor məktəbin sanitariya qovşağını dağıdaraq unitazı və əl-üz yuma avadanlıqlarını söküb öz evinə aparıb. İdarəçilik Böhranı və Valideynlərin Narahatlığı Baş verən bu vandalizm aktı sadəcə emosional bir davranış deyil, təhsil sistemindəki idarəçilik boşluqlarının və kadr seçimindəki problemlərin bariz göstəricisidir. Təhsil ocağında bu cür özbaşınalığın baş verməsi valideynlər və şagirdlər arasında böyük təşvişə səbəb olub. Valideynlər haqlı olaraq sual edirlər: Məktəb əmlakını söküb evinə daşıyacaq qədər iradəsiz və aqressiv bir şəxs illərlə uşaqlarımızın tərbiyəsi ilə necə məşğul olub? Cəmiyyətdə "mənəvi terror" kimi qiymətləndirilən bu addım, təhsil müəssisəsinə və müəllim adına vurulan ağır zərbədir. Məsələ ilə bağlı aidiyyəti qurumların hüquqi müstəvidə addım atacağı və dəymiş ziyanın bərpası istiqamətində tədbir görəcəyi gözlənilir. Qarşı tərəfin və məktəb kollektivinin də mövqeyini dinləməyə hazırıq.
Geri qayıt |