Əsas Səhifə > Ana xəbər / Güney Press > Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?”

Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?”


Bu gün, 10:58

Yasamal rayonunda yerləşən 175 nömrəli məktəbin vəziyyəti valideynləri narahat edir.

Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında sözügedən məktəbdə övladı təhsil alan Leyla Abasova adlı xanım yazıb.

O bildirib ki, məktəb şəhərin mərkəzində yeeləşsə də, bərbad vəziyyətdədir:

“Hansı problemdən danışaq bilmirəm. Şəhərin mərkəzində oxuyur mənim oğlum. Sinifin vəziyyəti bu gündədir. Rəhbərlik tələb edir ki, sinfi təmir edək. 175 saylı məktəbdən gedir söhbət.

Bəs bütün yay tətilində Elm və Təhsil Nazirliyi hansı işə baxıb ? Mənə rəsmi cavab versin Elm və Təhsil Nazirliyi”.

Şikayətlə bağlı sözügedən məktəblə əlaqə saxlamağa çalışdıq. Lakin tətil olduğu üçün zəngimizə cavab verən olmadı.


Geri qayıt