Əsas Səhifə > Ana xəbər / Güney Press > Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı

Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı


Bu gün, 08:57

Nabranda “Palermo” adlı klubda göstərilən xidmət və qiymətlərlə bağlı sosial şəbəkədə narazılıq ifadə olunub.

Bizimesr.media xəbər verir ki, bu barədə Nigar Əmirbəyova sosial media hesabında paylaşım edib.

O, paylaşımında obyektin müştərilərə təqdim etdiyi hesabda depozit məbləğinin göstərilməsini və masaya təqdim olunan məhsulların qiymətlərini tənqid edib. Nigar Əmirbəyova xüsusilə qarpızın qiymətinə diqqət çəkərək, onun 35 manata hesablandığını bildirib. Xanım Əmirbəyova təqdim olunan qarpızın vəziyyətinin də qənaətbəxş olmadığını iddia edib.

“Camaatı yoxlamağın məncə son stadiyası...” ifadəsi ilə başlayan paylaşımda hesabın içində depozit məbləğinin göstərilməsi də sual altına alınıb.

Müəllif eyni zamanda Nabranın “Palermo” klubunu və ümumilikdə turizm obyektlərini xidmət səviyyəsinə görə tənqid edərək, restoran, kafe və klublara nəzarət məsələsinin diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. Paylaşımda, həmçinin, turizmin inkişafından danışıldığı halda bəzi obyektlərdə müştəriyə göstərilən xidmət və qiymət siyasətinin narazılıq doğurduğu qeyd olunub.


Geri qayıt