Əsas Səhifə > Ana xəbər / Güney Press > “Leobank” GİLEY...
“Leobank” GİLEY...Bu gün, 11:45 |
|
Şikayətim “Leobank”dandır. Avqust ayında kredit məbləği tam bağladığım halda tətbiqdə silinmir. Tribuna.az xəbər verir ki, bu barədə sözügedən bankın müştərisi Həsənov Cümşüd sosial şəbəkədə yazıb. O bildirib ki, müraciətlərinə də baxılmır: “Sorğu yaratdılar, avqustun 21-nə çəkdi, sonra uzatdılar 28 avqusta kimi. Nəticə yoxdur. 1 sentyabrdan isə həmin məbləğin 2,5 manat faizi üstünə gələcək. Kartı bağlatdıracam birdəfəlik. Mən özümü zibilə saldım, siz salmıyın. Gah geriödənişi tətbiqdə bildirişini göndərib geriqaytarmırlar, gah da belə. “Leobank” 527,69 manat tam ödəndiyi halda, 1 sentyabrdan faiz gəlsə mən 1 qəpik ödəmiyəcəm”. Şikayətlə bağlı “Leobank”a sorğu ünvanlamışıq. Cavab veriləcəyi təqdirdə oxuculara təqdim edəcəyik. Geri qayıt |