Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir?
Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir?Bu gün, 11:37 |
|
Azərbaycan əleyhinə sərgi təşkil edən merin müavinin atası Fransada separatçı hərəkatının qurucusu imiş... Erməni diasporası Parisdə Azərbaycanın əleyhinə aksiyaya hazırlaşması haqda məlumat vermişdik. Bildirilir ki, Fransanın paytaxtı Parisdə avqustun 31-dən sentyabrın 4-dək Azərbaycanda tərətdikləri ağır cinayətlərə görə məhkum edilən erməni hərbi-siyasi şəxslərin portretlərindən ibarət küçə sərgisi keçiriləcək. Sərginin rəsmi açılışı sentyabrın 2-nə nəzərdə tutulub.Tədbirin təşəbbüskarları arasında Paris merinin müavini Odri(Audrey) Pulvar, Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədrləri Ara Toranyan və Murad Papazyanın adı çəkilir. Göründüyü kimi, anti-Azərbaycan aksiyası Bakıya qarşı düşmənçilik siyasətini davam etdirən rəsmi Fransanın siyasi dairələrindən də dəstək alır. “Sərginin” əsas məqsədi isə açıq şəkildə humanitar mövzu üzərindən Azərbaycan əleyhinə ictimai rəy formalaşdırmaqdır. Erməni tərəfi Bakıda saxlanılan şəxslərin taleyini ön plana çıxararaq Qarabağ mövzusunu Avropanın gündəmində yenidən aktuallaşdırmağa çalışır. Musavat.com xəbər verir ki, Odri Pulvarın tərcümeyi-halı da onun Fransadakı siyasi profilini anlamaq üçün maraqlıdır. O, 21 fevral 1972-ci ildə Martinikanın paytaxtı Fort-de-Fransda anadan olub. Atası Mark Pulvar riyaziyyat müəllimi olmaqla yanaşı, Martinika separatçı hərəkatının qurucusu və milli katibi, həmçinin Martinika Mərkəzi Fəhlə Həmkarlar İttifaqları Konfederasiyasının katibi olub. Pulvar 14 yaşından etibarən Martinika ilə Fransanın materik hissəsi arasında yaşayıb. Rouen Universitetində iqtisadiyyat üzrə təhsil alıb, daha sonra Paris Ali Jurnalistika Məktəbində oxuyub. Təhsilindən sonra Eduar Balladürün prezident seçkiləri kampaniyasının komandasında çalışıb və jurnalistika fəaliyyətinə başlayıb. Jurnalist kimi tanınan Pulvar uzun illər Fransa televiziyalarında çalışıb və ölkənin ən tanınmış media simalarından birinə çevrilib. Sonrakı mərhələdə siyasətə keçərək Paris meriyasının rəhbərliyində yer alıb. 2026-cı ilin martında Paris Şurasına seçilib və martın 29-da Paris merinin beynəlxalq, Avropa məsələləri və Frankofoniya üzrə müavini vəzifəsinə təyin olunub. Ermənistanın isə belə siyasi fiqurlarla əlaqələr qurması təsadüfi görünmür. İrəvan uzun müddətdir Fransada yalnız mərkəzi hökumətlə deyil, müxtəlif siyasi və ictimai çevrələrlə əlaqələr yaratmağa çalışır. Paris meriyası bu baxımdan Ermənistan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Fransa paytaxtı həm siyasi, həm də beynəlxalq əlaqələr baxımından böyük simvolik çəkiyə malikdir. Üstəlik, Pulvarın məsuliyyət sahəsinə Frankofoniya məsələlərinin daxil olması Ermənistan üçün əlavə imkan yaradır. Ermənistan fransızdilli dünyada öz mövqelərini gücləndirməyə və Fransa ilə münasibətləri təkcə ikitərəfli diplomatiya deyil, mədəni-humanitar və beynəlxalq platformalar üzərindən də inkişaf etdirməyə çalışır. Geri qayıt |