Əsas Səhifə > Ana xəbər / Güney Press > Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı

Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı


Bu gün, 09:28

Avqustun 25-də Qusar Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələləri sektorunun müdiri Eldar Hacıbalayev icra başçısı Sahir Məmmədxanovun əmri ilə vəzifəsindən azad edilib.

"DİA-AZ" Bizim.Media-ya istinadən xəbər verir ki, Eldar Hacıbalayevdən sonra onun həyat yoldaşı – Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar Mədəniyyət Sektorunun müdiri Elvira Hacıbalayeva da vəzifəsini itirib.

Elvira Hacıbalayeva vəzifəsindən azad olunması üçün özü ərizə ilə müraciət edib.
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsindən Elvira Hacıbalayevanın öz ərizəsi ilə vəzifəsindən azad olunduğu təsdiqlənib.
Məlumata görə, o, ötən gün kollektivlə vidalaşıb.

Geri qayıt