Əsas Səhifə > Ana xəbər / Güney Press > FETÖ Azərbaycan futboluna "əl" qoyur!

FETÖ Azərbaycan futboluna "əl" qoyur!


Bu gün, 08:12

"İnsanları bir araya gətirən, birləşdirən nə varsa — siyasətdir. İdman, teatr, kino, ədəbiyyat, siyasi partiyalar, ictimai birliklər, hətta toy və hüzr məclisləri… Bunların hamısı insanları kütləvi şəkildə bir yerə toplayır, yəni siyasətin alt qatını, sosial bazasını formalaşdırır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Rza Drakon qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Dünya gücləri idmanı uzun zamandır ki, siyasiləşdirib təsir və manipulyasiya vasitəsinə çeviriblər. İdman növləri arasında futbolun müstəsna kütləviliyi, milyonlarla tamaşaçını eyni emosional müstəvidə birləşdirmək gücü birbaşa nəhəng siyasi baza yaradır.
Uzun illərdir dünya gücləri Azərbaycan futbolunu məzhəbləşdirməyə cəhd edirlər. Bu gün Azərbaycan futbolu əl dəyişdirir: "FETÖ" şəbəkəsi milli futbola əl qoyur. Bu, tamamilə məqsədyönlü bir prosesdir və qarşısı dərhal alınmazsa, gələcəkdə qarşısıalınmaz fəsadlara gətirib çıxaracaq.
Azərbaycanda xüsusi ssenari ilə hər dəfə tək bir klubu ulduzlaşdırırlar. Bu, güclü milli komandanın formalaşmasının və inkişafının qarşısını almaq üçün qurulmuş mexanizmdir. Çünki milli komanda birliyin ana rəmzidir, orada oynayan futbolçular isə milli simvola çevrilirlər. Klublar isə əsasən xarici transferlərdən təşkil olunur; nəticədə milli kimlik arxa plana keçir, başqaları sənin adından səhnəyə çıxır və milli daxili potensialın qarşısı kəsilir.
Milli komandanı, bir qayda olaraq, ölkə çempionatında mübarizə aparan bir neçə klubun bazasında formalaşdırırlar. Klublar bərabər və ya yaxın səviyyədə inkişaf etməyəndə vahid milli komanda qurmaq mümkün olmur. Tək bir klubu digərlərindən süni şəkildə kəskin fərqləndirmək məqsədli strategiyadır. Belə sistemdə bir klubun müəyyən mərhələdəki lokal uğuru, ümumi milli futbolun növbəti mərhələdəki çökməsinə və böyük uğursuzluğuna zəmin yaradır..."

Geri qayıt