Əsas Səhifə > Ana xəbər / Güney Press > "Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız"

"Futbola keçici əyləncə kimi baxmasanız, əsəbi olacaqsınız"


Bu gün, 07:47

"Doğrudanmı sizlər futbolu bu qədər ciddiyə alırsınız? Futbolda keçmişin emosiyası işləməz, indinin emosiyası qüvvədədir..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə deputat Fazil Mustafa çıxış edib.

O daha sonra bildirir: "Bu günün uğursuzluğu dünənin uğurunu dərhal unutdurur. Ona görə də futboldan nə qəhrəman düzəldin, nə də düşmən! Həm indinin, həm də keçmişin emosiyası ilə işləyən bir dəyər var: mədəniyyət! Siz yüz il öncənin ədəbiyyatını zövqlə oxuyursunuz, min ilin abidəsini heyrətlə seyr edirsiniz və indiki duyğularınızı canlı tutursunuz. Futbola isə keçici əyləncə kimi baxmasanız əsəbi olacaqsınız. Hansı oyunçunun zədəsinin necə olduğunu məşqçidən başqa kimsə dərindən bilməz. Əlindəki keyfiyyətli materialdan kim imtina edər ki... "Qarabağ" sonuncu oyunda bu ortabab heyətlə əslində pis oynamadı, nəticə əldə etməyə də az qalırdı. Rəqib də texniki cəhətdən daha hazırlıqlı və çevik Hollandiya futbolunu təmsil edirdi. Bir ildən sonra onsuz da emosiyanız dəyişə bilər. Bir az da "Sabah" baxın. Və unutmayın ki, ingilislər dəyər yaradılışını Bekhemdə axtarmazlar. Onu sevərlər, ehtiram göstərərlər, ancaq yenə də Şekspiri, Şounu, Uelsi, Rasseli dəyər yaradan qəhrəmanlar kimi görərlər. Çünki inkişaf etmiş xalqlar üçün elm, mədəniyyət, ədəbiyyat qalıcıdır..."


Geri qayıt