Əsas Səhifə > Ana xəbər / Güney Press > “GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi

“GoldenPay”in rəhbəri vəzifəsini tərk etdi


Bu gün, 16:10

Azərbaycanda “Hesab.az” ödəniş sisteminin sahibi “Qoldenpey” MMC və ya “GoldenPay”in İdarə Heyətinin Sədri, Baş icraçı direktor Eynar Abdullayev vəzifəsini tərk edib.

Banker.az xəbər verir ki, Eynar Abdullayev “GoldenPay” MMC-nin Müşahidə Şurasının üzvü təyin edilib.

O, 2021-ci ildən “GoldenPay” şirkətində Məsul və Marketinq Departamentinin Direktoru olaraq çalışmağa başlayıb. Daha sonra GoldenPay-in İdarə Heyətinin üzvü olub və Kommersiya üzrə Baş Direktoru vəzifəsini icra edib.

Xatırladaq ki, Azərbaycanın ilk fintex şirkəti olan Goldenpay 2007-ci ilin iyul ayında fəaliyyətə başlayıb. 17 iyul 2024-cü il tarixində AR Mərkəzi Bankı tərəfindən Goldenpay-ə Elektron Pul Təşkilatı lisenziyası verilib. 26 mart 2025-ci il tarixində isə şirkət “Azerconnect Group”un tərkibinə daxil olub. Goldenpay şirkəti 13 fevral 2026-cı il tarixində təşkilati-hüquqi formasını Açıq Səhmdar Cəmiyyətindən (ASC) Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) dəyişdirmişdir.


Geri qayıt