Əsas Səhifə > Ana xəbər / Güney Press > TƏBİB rəhbəri baş həkimi işdən azad etdi

TƏBİB rəhbəri baş həkimi işdən azad etdi


Bu gün, 16:42

Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi Ziyafət Tağıyeva vəzifəsindən azad edilib.

“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.

Qeyd edək ki, Hövsan Sağlamlıq Mərkəzi 2024-cü ilin noyabr ayında istifadəyə verilib və elə həmin vaxtdan etibarən Ziyafət Tağıyeva adıçəkilən tibb müəssisəsinin baş həkimi vəzifəsində çalışırdı.


Geri qayıt