Əsas Səhifə > Ana xəbər / Güney Press > Eyni məhsulları Azərbaycanda 345 manata, ABŞ-də isə 654 dollara almaq mümkündür

Eyni məhsulları Azərbaycanda 345 manata, ABŞ-də isə 654 dollara almaq mümkündür


Bu gün, 12:08

Alıcılıq qabiliyyəti paritetinə (PPP) əsasən, Azərbaycanda minimum əməkhaqqı 654 dollar təşkil edir.
Yeniavaz.com
Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatlarına istinadən xəbər verir ki, Azərbaycan bu göstəriciyə görə 130 ölkə arasında 60-cı yerdə qərarlaşıb.
Məlumat üçün bildirək ki, BƏT-in hesablamaları aylıq minimum əmək haqqının Azərbaycanda 345 manat olduğu dövrə (hazırda 400 manatdır) əsasən aparılıb.
Qeyd edək ki, hesablama alıcılıq qabiliyyəti paritetinə əsasən aparıldığı üçün rəqəmlər sadəcə valyutanın dollar qarşısındakı məzənnəsinə deyil, həmin maaşla ölkə daxilində nə qədər məhsul və xidmət almağın mümkün olduğuna əsaslanır. Bu o deməkdir ki, Azərbaycanda 345 manata alınan məhsul və xidmətlərin alıcılıq gücü ABŞ-də təxminən 654 dollara alınan məhsul və xidmətlərin alıcılıq gücünə bərabər hesab olunur. Yəni, eyni məhsulları Azərbaycanda 345 manata, ABŞ-də isə 654 dollara almaq mümkündür.
Alıcılıq qabiliyyəti paritetinə görə ən yüksək minimum əməkhaqqı İsveçrədə verilir. Bu ölkədə alıcılıq qabiliyyəti paritetinə görə minimum əmək 3 804 dollar təşkil edir. İlk 5-likdə Almaniya (2 928 dollar), Böyük Britaniya (2 902 dollar), Niderland (2 876 dollar) və Avstraliya (2 819 dollar) qərarlaşıb.
Ən aşağı göstəricilər isə Qambiya (67 dollar), Qvineya-Bisau (83 dollar), Qırğızıstan (91 dollar), Qana (100 dollar) və Syerra-Leonedə (121 dollar) qeydə alınıb.
Beləliklə, ən yüksək göstəriciyə malik İsveçrə ilə ən aşağı göstəriciyə malik Qambiya arasında fərq təxminən 57 dəfədir.
130 ölkədən ibarət siyahıda yer alan keçmiş SSRİ və qonşu ölkələr arasındakı göstəricilər isə aşağıdakı kimi olub:
Belarus – 766 dollar;
Rusiya – 662 dollar;
Azərbaycan – 654 dollar;
Qazaxıstan – 483 dollar;
Ermənistan – 476 dollar;
İran – 466 dollar;
Özbəkistan – 311 dollar;
Tacikistan – 252 dollar;
Qırğızıstan – 91 dollar.


Geri qayıt