Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyanın keçmiş hakimiyyətlə hesablaşması...
Paşinyanın keçmiş hakimiyyətlə hesablaşması...Bu gün, 08:02 |
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və onun böyük oğlu Sedrak Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin araşdırdığı cinayət işi çərçivəsində saxlanılıblar. Hadisə Ermənistanda siyasi və hüquqi müstəvidə geniş müzakirələrə səbəb ola biləcək yeni proses kimi qiymətləndirilir.
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamaslnda bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan üçbaşlı müxalifət kimi xarakterizə etdiyi Robert Koçaryan, Samvel Karapetyan və digər qüvvələrə qarşı seçkidən sonra ciddi tədbirlər görəcəyini vurğulamışdı. O, dəfələrlə bəyan etmişdi ki, xalq Robert Koçaryanın və digər müxalif fiqurların kim olduğunu yaxşı anlayır: “Növbəti mərhələdə bu şəxslərə qarşı hüquqi proseslərin davam etdirilməsi mümkündür. Çünki Paşinyan hakimiyyəti hesab edir ki, bu qüvvələr Ermənistanda siyasi sabitliyə təhdid yaradır və onların arxasında Rusiyanın təsir şəbəkələri dayanır. Bu proseslər birbaşa olaraq Nikol Paşinyanın həyata keçirdiyi siyasətə qarşı təzyiq kimi qiymətləndirilir. Təbii ki, Robert Koçaryanın həbsi müəyyən mənada siyasi hesablaşma kimi də dəyərləndirilə bilər. Lakin burada əsas məqam ondan ibarətdir ki, Paşinyanın siyasəti açıq şəkildə Qərbyönümlü istiqamətə dəyişib, Koçaryan və onun ətrafındakı qüvvələr isə daha çox Rusiya ilə yaxın münasibətlərin tərəfdarı kimi çıxış edirlər”. Politoloqun fikrincə bu qüvvələr parlamentin fəaliyyətinə mane olmaq, eləcə də Konstitusiya referendumunun keçirilməsinin qarşısını almaq istiqamətində addımlar atmağa çalışırlar. Buna görə də Koçaryanın həbsi həm hüquqi, həm də siyasi müstəvidə qiymətləndirilə bilər. “Başaqa bir tərəfdən hakimiyyət dəyişikliklərindən sonra əvvəlki rəhbərlərin həbsi tendensiyası regionda yeni siyasi ənənəyə çevrilir. Gürcüstanda da buna bənzər proseslərin şahidi olmuşuq. Ermənistan nümunəsində isə Koçaryanın həbsi ölkənin daxili siyasəti ilə yanaşı, Ermənistanın Qərblə və Rusiya ilə münasibətlərinin gələcək istiqamətinə də təsir edə biləcək hadisədir”-deyə o bildirib. Geri qayıt |