Əsas Səhifə > Ana xəbər / Güney Press > ETM-dən qəribə tender: Məktəblilər üçün tonal krem alınacaq
ETM-dən qəribə tender: Məktəblilər üçün tonal krem alınacaqBu gün, 12:00 |
|
Elm və Təhsil Nazirliyi (ETM) dünən daha bir tenderi yekunlaşdırıb. Tribuna.az xəbər verir ki, nazirliyin Təsərrüfat Hesablı Tikinti və Təchizat İdarəsi bununla bağlı nəticəni elan edib. Məlum olub ki, tender Zəngilan tam orta məktəbi üçün mebel və avadanlıqların satın alınmasını əhatə edir. Tenderin qalibi isə “HN CONSTRUCTİON” QSC olub. Nazirlik qeyd olunan malların alınmasına isə 2 milyon 78 min 569 manat xərcləməyi planlaşdırıb. Qeyd edək ki, bu vəsaitə insan skeleti, insan orqanlarını əks etdirən modellər, habelə kimya və digər fənlər üçün nəzərdə tutulan modellər alınacaq. Lakin tenderin maraqlı tərəfi Zəngilanda avadanlıq və mebelin alınması deyil. Diqqət çəkən məqam 6 ədəd tonal kremin alınmasıdır. Nazirlik bunu hansı mqəsədlər üçün aldığını açıqlamayıb. Geri qayıt |