|
Qusar Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib.
Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov qurumun Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələləri sektorunun müdiri Eldar Hacıbalayevi vəzifəsindən azad edib.
E.Hacıbalayevin vəzifədən uzaqlaşdırılmasının səbəbi açıqlanmayıb.
Məlumatı Qusar Rayon İcra Hakimiyyətindən Bizim.Media-ya təsdiqləyiblər.

Geri qayıt
|