Əsas Səhifə > Ana xəbər / Güney Press > Cəbrayılda 18 milyon manatlıq layihə:

Cəbrayılda 18 milyon manatlıq layihə:


Bu gün, 09:57

Cəbrayıl Sənaye Parkında dəmir yolu xəttinin tikintisi üçün 18 milyon manatlıq tender elan edilib.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin “Tikinti-Təchizat Birliyi” MMC Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında dalan dəmir yolu xətti infrastrukturunun yaradılması üzrə tikinti-quraşdırma işlərinin satın alınması üçün müsabiqə elan edib.

Satınalmanın ehtimal olunan qiyməti 18 044 532 manat təşkil edir.


Geri qayıt