Əsas Səhifə > Ana xəbər / Güney Press > Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub


Bu gün, 12:11

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

İqtisadiyyat.az xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Oktay Əmənullayev təyinat alıb.

Qeyd edək ki, ixtisasca terapevt olan O.Əmənullayev 2025-ci ildən yeni təyinata qədər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının, 2020-2025-ci illərdə isə Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, bundan əvvəl Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Nuridə Məmmədova olub. O, bu ayın əvvəlində yaşayış yerini dəyişməsi ilə əlaqədar olaraq öz istəyi ilə tutduğu vəzifədən azad olunub.


Geri qayıt