Əsas Səhifə > Ana xəbər / Güney Press > Kəndlərin qaytarılması ilə bağlı son durum: Proses belə yekunlaşacaq?
Kəndlərin qaytarılması ilə bağlı son durum: Proses belə yekunlaşacaq?Bu gün, 06:39 |
|
“1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, Ermənistan Respublikasının ərazisi 29 743 kvadrat kilometr müəyyən edilib. Bütün anklav və eksklav məsələləri yalnız delimitasiya prosesi və sülh yolu ilə nizamlanma çərçivəsində həll edilməlidir”. “Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 20-də keçirdiyi brifinqdə bildirib. Anklav ərazilərinin, xüsusilə Kərki kəndinin taleyi və həmin ərazilərin yenidən məskunlaşdırılması riskləri ilə bağlı suala cavab verən Paşinyan belə deyib: “Sovet dövründə mövcud olmuş xəritələrdə hüquqi baxımdan təsbit edilmiş reallıq var. Alma-Ata Bəyannaməsinin qəbul edildiyi vaxt mövcud olan xəritələrdə “Artsvaşen” Ermənistan ərazisidir, Kərki, Bağanis-Ayrım, Bərxudarlı və Yuxarı Əskipara isə Ermənistan ərazisi deyil. Bu, qarşılaşdığımız faktdır. Ermənistanın 29 743 kvadrat kilometr təşkil edən ərazisinin hesablanmasına bizim eksklavımız olan Başkənd daxildir, bizim ərazimizdə yerləşən eksklavlar isə bura daxil edilmir”. Baş nazir əlavə edib ki, hazırda İrəvan və Bakı arasında ərazilərin mübadiləsinin aparılıb-aparılmayacağı və ya onların geri qaytarılıb-qaytarılmayacağı ilə bağlı konkret razılaşma yoxdur. Lakin əsas prinsip delimitasiya üzrə komissiyaların birgə fəaliyyət qaydalarında təsbit olunub: “Yekun nəticədə sərhədyanı ərazilərin sakinlərinin dinc şəraitdə yaşamasını təmin edilməli və Ermənistanın 29 743 kvadrat kilometrlik tanınmış ərazisi tam şəkildə qoruyub saxlamalıdır”. Qeyd edək ki, Nikol Paşinyanın bu açıqlaması Azərbaycana ərazi iddiası məqsədi daşıyır. Çünki Paşinyan Gədəbəy rayonunun Başkənd kəndinin Ermənistanın ərazisi olduğuna dair iddia irəli sürür və Azərbaycanın işğal olunmuş dörd anklav kəndinin qaytarılmasına dair razılaşmanın olmadığını deyir. Bu isə Ermənistanla Azərbaycan arasında 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişinin mətninə ziddir. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”ə görə, tərəflər bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağına dair öhdəlik götürüblər. Bundan başqa hər iki dövlət digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini parçalamağa yönəlmiş hər hansı bir hərəkətə yol verməyəcəyinə dair razılaşma imzalayıb. Belə olan halda, Ermənistanın işğal altındakı kəndləri qaytarmaması sülh prosesinə zidd olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasıdır. Qazax rayonunun üç, Sədərək rayonunun isə bir kəndi Azərbaycanın işğal edilmiş suveren əraziləridir. Əslində, bunu Nikol Paşinyan özü də etiraf edir. Ona görə də Azərbaycanın həmin yaşayış məntəqələrini istənilən yolla azad etmək hüququ var. Ermənistan sözügedən əraziləri qeyd-şərtsiz azad etməlidir. Əks-təqdirdə, Ermənistan nəqliyyat-kommunikasiya yollarını blokadada saxlamaqla yenidən təcrid vəziyyətinə düşəcək. Alma-Ata Bəyannaməsində isə sərhədlərin 1991-ci il sərhədləri əsasında delimitasiya və demarkasiya olunmasına dair heç nə yazılmayıb. Həmin bəyannamənin 3-cü bəndində qeyd edilir ki, bu sənədi imzalayan respublikalar Sovet dövründə mövcud olmuş inzibati sərhədlərin toxunulmazlığını tanıyır və bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır. Ermənistan SSR Ali Soveti isə 1989-cu il dekabrın 1-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə dair qanunsuz qərar qəbul etməklə Azərbaycanla inzibati sərhədləri tanımaqdan imtina edib. Ermənistan Başkənd kəndi ilə Krosnaselsk rayonunu birləşdirmək məqsədilə işğalçılıq müharibəsinə başlayıb və Gədəbəy rayonunun inzibati sərhədini dəyişməyə cəhd göstərib. Yəni Ermənistan Başkəndin sərhədindən də imtina edib. İkincisi, Alma-Ata Bəyannaməsində “1991-ci il xəritələri” deyil, “Sovet dövrü” ifadəsi yer alır. Sovet dövrü 1920-ci ildən başlayır. Yəni sərhədlərin delimiytasiyası zamanı 1920-ci ilin xəritələri də əsas götürülə bilər. Bu zaman Ermənistanın Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycandan qanunsuz aldığı 20 min kvadrat kilometr ərazini geri qaytarılmalıdır. Çünki həmin torpaqlar hüquqi-konstitusion əsası olmayan şəkildə, yəni Kommunist Partiyasının plenumlarının, rayon partiya icraiyyə komitələrinin qərarı ilə verilib. Bu baxımdan, Başkənd Azərbaycan ərazisidir və onun Ermənistana aididyyəti yoxdur. Geri qayıt |