Əsas Səhifə > Ana xəbər / Güney Press > Anar Bayramov bu xəstəxanaya direktor müavini təyin etdi

Anar Bayramov bu xəstəxanaya direktor müavini təyin etdi


Bu gün, 12:02

Beyləqan Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub.

“Unikal”ın əldə etdiyi məlumata görə, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.

Əmrə əsasən, Orxan Əsədzadə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktorunun inzibati məsələlər üzrə müavini təyin edilib.

O.Əsədzadə bundan əvvəl həmin xəstəxanada Xəstə Xidmətləri Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirovadır. O, cari ilin may ayında bu vəzifəyə təyin olunub.


Geri qayıt