Əsas Səhifə > Ana xəbər / Güney Press > Məşhur cərrah Aran Klinikasının yalanını belə üzə çıxardı
Məşhur cərrah Aran Klinikasının yalanını belə üzə çıxardıBu gün, 10:31 |
|
Səlyanda yerləşən Aran Regional Klinikası saxtakarlıqda ittiham olunur.
“Bakupost” xəbər verir ki, klinikaya məxsus rəsmi sosial media hesabında edilən paylaşım qalmaqala səbəb olub.
Belə ki, paylaşımda qeyd olunub ki, varikoz əməliyyatı klinikada ilk dəfə Bakıdan dəvət olunan uzman cərrah Dr. Seymur Məmmədov tərəfindən həyata keçirilib.
Elə hər şey bundan sonra başlayıb. Paylaşımdan xəbər tutan digər cərrah Vüqar Fəttahpur sosial şəbəkədə açıqlama verərək klinikanı yalan məlumat yaymaqda ittiham edib. O bildirib ki, sözügedən əməliyyat həmin klinikada ilk dəfə 2023-cü ildə məhz özü tərəfindən icra olunub.
V.Fəttahpur iddiasını sübut etmək üçün klinikanın rəsmi səhifəsində daha əvvəl paylaşılmış öz əməliyyat görüntülərini də yenidən yayıb:
“Klinikanın sahibindən tutmuş direktoruna qədər hamı bundan məlumatlıdır. Belə olan halda “ilk dəfə” ifadəsinin işlədilməsində məqsəd nədir? Nə vaxta qədər bəzi klinikalar və ali təhsilli həkimlər bu cür yanlış məlumatlarla insanları cəlb etməyə çalışacaqlar? Məqsəd nədir? Aran klinikasından bu məsələ ilə bağlı açıqlama gözləyirəm”.
Məsələ ilə bağlı “Bakupost”un sorğusuna klinikadan cavab olaraq bildirilib ki, açıqlama verilməyəcək.
“Bakupost”a danışan Vüqar Fəttahpur bildirib ki, baş verənlər ona təsir edib:
“Çünki həmin klinikada bu əməliyyatı ilk dəfə 2023-cü ildə mən icra etmişəm. Bundan sonra da orada bu tip əməliyyatlar bir neçə dəfə həyata keçirilib. Hər dəfə eyni əməliyyat fərqli həkim tərəfindən icra olunanda “ilk dəfə” kimi təqdim edilməlidirmi? Ümumiyyətlə, “ilk dəfə” ifadəsi tibbdə artıq bəsitləşib. Azərbaycan səhiyyəsi o qədər cılız səviyyədə deyil ki, hər dəfə bu ifadədən istifadə olunsun. Mənim fikrimcə, bu, klinikanın ucuz və səriştəsiz reklam məqsədilə yalan fakt üzərindən etdiyi davranışdır”.
VİDEO: https://t.me/bakupost/25150
Geri qayıt |