Əsas Səhifə > Ana xəbər / Güney Press > Dövlətə borcu olan "Avto Qarant" MMC "qapılarını bağladı"
Dövlətə borcu olan "Avto Qarant" MMC "qapılarını bağladı"Bu gün, 00:18 |
|
"AVTO QARANT" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini dayandıraraq passiv rejimə keçib. 32gun.az-ın əldə etdiyi məlumata görə, fəaliyyətini donduran şirkətin dövlət büdcəsinə 55.741,75 AZN məbləğində vergi borcu qalıb.Qeyd edək ki, cəmi 10 AZN nizamnamə kapitalı olan MMC Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 208 ünvanında hüquqi qeydiyyatda olub. Şirkətin qanuni təmsilçisi Vilayət Mustafa oğlu Abdullayevdir. Xatırladaq ki, adıçəkilən şirkət 2023-cü ildə Müdafiə Nazirliyində baş vermiş 143 milyon manatlıq mənimsəmə qalmaqalı üzrə aparılan məhkəmə prosesində yer alıb. Hərçənd ki, sənədlərdə "Avto Qarant"ın qanuni rəhbəri kimi Vilayət Abdullayevin adı göstərilir, o, məhkəmə ifadəsində şirkətdə sadə fəhlə işlədiyini, direktor postunun isə yalnız kağız üzərində formal xarakter daşıdığını bildirib. V.Abdullayevin sözlərinə görə, qurumun həqiqi sahibi İslam Rzayev olub, onun vəfatından sonra isə idarəçiliyi oğlu Allahverdi Rzayev ələ alıb. Geri qayıt |