Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiya Xarici Kəşfiyyatı Ermənistana qarşı rəsmən hərəkətə keçdi
Rusiya Xarici Kəşfiyyatı Ermənistana qarşı rəsmən hərəkətə keçdiBu gün, 00:16 |
|
Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Ermənistanın xarici siyasət kursu ilə bağlı sərt bəyanat yayıb. Musavat.com xəbər verir ki, SVR Avropa İttifaqını Ermənistanı Rusiya ilə iqtisadi, humanitar və mədəni əlaqələri zəiflətməyə məcbur etməkdə ittiham edib. SVR-in açıqlamasına görə, Brüssel Ermənistanın Rusiya biznesinin ölkədəki mövcudluğunu azaltmasını, həmçinin Moskva ilə əlaqələrini mərhələli şəkildə zəiflətməsini tələb edir. Rusiya kəşfiyyatı bildirir ki, Avropa İttifaqı Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) uzaqlaşmasının ölkədə ciddi iqtisadi böhran yaradacağını yaxşı bilir. Buna baxmayaraq, Brüssel İrəvana qeyd-şərtsiz dəstək veriləcəyi təəssüratını formalaşdırmağa çalışır. SVR-in iddiasına görə, Aİ rəsmiləri konkret maliyyə və digər yardımların gecikməsini Ermənistanın Avropa ilə inteqrasiya yolunda əldə edəcəyi nəticələrlə izah edirlər. Rusiya Xarici Kəşfiyyat Xidməti sonda vurğulayıb ki, Ermənistan hakimiyyəti Avropa İttifaqının ölkənin bütün problemlərini öz üzərinə götürəcəyinə və Aİ istiqamətindəki kursunu tam maliyyələşdirəcəyinə ümid etməməlidir. Geri qayıt |