|
Son 3 ay ərzində “Facebook” sosial şəbəkəsinin Azərbaycan seqmentində sosial və siyasi məzmunlu paylaşımlar üçün ən çox pul xərcləyən “Ali Karimli (Əli Kərimli)” adlı istifadəçi olub. Yeniavaz.com xəbər verir ki, “Ali Karimli (Əli Kərimli)” bu ilin 27 aprel – 25 iyul tarixləri aralığında paylaşdığı sosial və siyasi məzmunlu 109 postun daha çox istifadəçi tərəfindən görülməsi üçün 811 dollar xərcləyib (bir post üçün orta hesabla 7,4 dollar). İkinci sırada “Vahid Mustafa Yev” adlı istifadəçi dayanır. Son 90 gündə “Vahid Mustafa Yev” 21 post üçün 265 dollar xərcləyib. Üçüncü sırada yer alan “Rahman Hajiyev” adlı istifadəçi 7 post üçün “Facebook”a 111 dollar ödəniş edib. “Qarabağ Dirçəliş Fondu” səhifəsi üçün edilən 664 dollar ödəniş də eyni adlı hesab tərəfindən qarşılanıb. Sosial və siyasi məzmunlu paylaşımlar üçün ödəniş edən digər istifadəçilərin ödədiyi vəsait 100 dollardan az olub. Son 3 ayda “Facebook”un Azərbaycan seqmentində sosial və siyasi məzmunlu paylaşımlar üçün ən çox pul xərcləyən 10 istifadəçi aşağıdakı kimi olub: “Ali Karimli (Əli Kərimli)” – 811 dollar (109 post üçün); “Vahid Mustafa Yev” – 265 dollar (21 post); “Rahman Hajiyev” – 111 dollar (7 post); “Əlibala Məhərrəmzadə” – ≤ 100 dollar (2 post); “Gülnarə Rahimova” – ≤ 100 dollar (16 post); “Ramil Huseynov” – ≤ 100 dollar (16 post); “Azer Amiraslanov” – ≤ 100 dollar (2 post); “Ulvi Mehdiyev” – ≤ 100 dollar (1 post); “Saadet Cahangir” – ≤ 100 dollar (36 post); “Farac Quliyev” – ≤ 100 dollar (2 post).
Məlumat üçün onu da bildirək ki, siyahıda yer alanlar sosial şəbəkədə şəxs adları ilə qeydə alınan istifadəçiləri əhatə edir. Şəxs adları ilə qeydə alınmayan istifadəçilər (səhifələr) sosial və siyasi məzmunlu paylaşımlar üçün daha çox pul xərcləyiblər. Son 3 ay ərzində “Facebook” sosial şəbəkəsinin Azərbaycan seqmentində sosial və siyasi məzmunlu paylaşımlar üçün ən çox pul xərcləyən səhifə “Qarabağ Dirçəliş Fondu” olub. Sözügedən müddət ərzində bu səhifədə 62 post üçün 1 380 dollar xərclənib.
Geri qayıt
|