|
Vətən müharibəsi iştirakçısı olduğunu bildirən Namiq Kəlbiyev adlı şəxsin sosial mediada “Kapital Bank” əməkdaşı ilə danışmasını əks etdirən kadrlar yayılıb. Yeniavaz.com xəbər verir ki, telefon danışığından bankın sözügedən şəxsə aid hesabla bağlı araşdırma başlatdığı başa düşülür. N. Kəlbiyev heç bir yerdən gəlirinin olmadığını və həmin hesabı ianələr edilməsi üçün açdığını bildirir. Üç övladının olduğunu deyən N. Kəlbiyev bankın onu intihar həddinə çatdırdığını vurğulayır. Həmin kadrları təqdim edirik:
https://www.instagram.com/p/DbS3n9mq0Yy/ Məsələ ilə bağlı “Kapital Bank”ın Mətbuat xidmətindən Yeniavaz.coma bildirilib ki, müştərinin şəxsi məlumatlarına dair mövzu olduğu üçün bununla bağlı açıqlama verə bilmirlər: “Amma müştəriyə yetərli qədər informasiya verilib”.
Geri qayıt
|