Əsas Səhifə > Ana xəbər / Güney Press > Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi bazaBu gün, 09:48 |
|
Yaxın zamanda Moskva ilə İrəvan arasında bu mövzuda müzakirələr gözlənilir Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərindən sonra İrəvan-Moskva münasibətlərində yumşalma gözlənilsə də, proses tam əks istiqamətdə inkişaf edir. Rusiya ardıcıl şəkildə iqtisadi təzyiq rıçaqlarını işə salır. Son olaraq Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) iyulun 27-dən etibarən Ermənistandan süd və süd məhsullarının idxalını qadağan etdiyini açıqlayıb. Bu qərar Moskvanın İrəvana qarşı tətbiq etdiyi məhdudiyyətlərin davamı kimi qiymətləndirilir. Musavat.com xəbər verir ki, yaranmış vəziyyəti şərh edən erməni politoloq Beniamin Matevosyan “8 iyundan sonra Ermənistan-Rusiya münasibətlərində heç nəyin dəyişmədiyi” qənaətindədir. Onun fikrincə, hakimiyyət seçkilərdən əvvəl cəmiyyəti "seçkilər bitsin, münasibətlər normallaşacaq" vədləri ilə sakitləşdirməyə çalışsa da, reallıq tam fərqli oldu. regiondakı hərbi balansın saxlanılmasında mühüm rol oynayır. Bazada minlərlə Rusiya hərbçisi, tanklar, artilleriya sistemləri, zenit-raket kompleksləri və döyüş aviasiyası yerləşdirilib. Son illərdə Ermənistan hakimiyyətinə yaxın siyasi dairələrdə bazanın gələcəyi ilə bağlı müzakirələrin intensivləşməsi Moskvanın narahatlığını artıran əsas amillərdən biri kimi qiymətləndirilir. "Ermənistan hakimiyyəti Rusiyanın hərbi iştirakını ölkədən çıxarmaq niyyətindən sanksiyalardan xeyli əvvəl qərar verib. Bu, ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun Ermənistana səfərindən sonra formalaşan siyasi kursla əlaqələdir” deyə, o bildirib. . Matevosyan iddia edir ki, həmin dövrdən etibarən Ermənistanın xarici siyasətində köklü dəyişikliklər planlaşdırılıb və ölkənin Rusiya ilə strateji əlaqələrinin mərhələli şəkildə zəiflədilməsi qarşıya məqsəd qoyulub. “Bu strategiya çərçivəsində 102-ci hərbi bazanın, Rusiya sərhədçilərinin, eləcə də ölkədə fəaliyyət göstərən iri Rusiya şirkətlərinin gələcəkdə Ermənistandan çıxarılması və ya fəaliyyət imkanlarının məhdudlaşdırılması nəzərdə tutulur. Moskva artıq bu planlardan xəbərdardır və məhz buna görə iqtisadi təzyiq mexanizmlərini mərhələli şəkildə işə salır. Ermənistan hakimiyyəti uzun müddət Avrasiya İqtisadi İttifaqının verdiyi iqtisadi üstünlüklərdən istifadə etməklə paralel şəkildə Qərbə inteqrasiya siyasətini davam etdirməyə çalışıb. Lakin 2025-ci ilin sonlarından etibarən Moskvanın yanaşması dəyişib və Rusiya artıq öz bazarından istifadə olunaraq anti-Rusiya siyasətinin maliyyələşdirilməsinə imkan vermək niyyətində deyil”. Geri qayıt |