Əsas Səhifə > Ana xəbər / Güney Press > Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir?

Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir?


Bu gün, 08:09

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat vasitələrinin və texnikaların cari təmiri (ehtiyat hissələrinin və sürtkü materiallarının alınması daxil olmaqla) xidmətlərinin satın alınması üzrə keçirdiyi satınalma müsabiqəsini yekunlaşdırıb. 32gun.az-ın məlumatına görə, tenderin qalibi "SK SERVİS" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.

Qalib şirkətlə ümumi məbləği 1.295.314,91 AZN təşkil edən müqavilənin bağlanması gözlənilir.

Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində hüquqi ünvanı yerləşən və cəmi 20 AZN nizamnamə kapitalı olan MMC-nin qanuni təmsilçisi Saleh Arif oğlu Ariflidir.


Geri qayıt