Əsas Səhifə > Ana xəbər / Güney Press > Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdiBu gün, 16:19 |
|
Dövlət Turizm Agentliyinin Quba Regional Turizm İdarəsinə (Quba, Siyəzən, Şabran, Xaçmaz və Qusar rayonlarını əhatə edir) yeni rəis təyin edilib.
Qaynarinfo-nun məlumatına görə, Haciyev Ruslan İskəndər oğlu həmin idarəyə rəisi təyin olunub.
Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev əmr imzalayıb.
Agentlikdən Qaynarinfo-ya xəbəri təsdiqləyiblər.
Qeyd edək ki, Ruslan Haciyev uzun illər Quba rayonu Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışıb.
Geri qayıt |