Əsas Səhifə > Ana xəbər / Güney Press > Müəllimlərin geyimi neçəyə SATILACAQ?

Müəllimlərin geyimi neçəyə SATILACAQ?


Bu gün, 15:30

Xəbər verdiyimiz kimi, müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq.

Bu, "Ümumi təhsil haqqında" Qanuna edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifələri sırasına dövlət ümumi təhsil müəssisəsində övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etmək də daxil edilir. Müəllimlərin vahid geyimi necə hazırlanacaq və neçəyə satıla bilər?

Uniformaların, məktəbli geyimlərinin tikilşi üzrə ixtisasaşmış Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, hələlik müəllimlərin vahid formasının qiyməti ilə bağlı hər hansı təxmin yoxdur:

“"Müəllimlərin vahid geyiminin qiyməti ilə bağlı indidən hər hansı rəqəm açıqlamaq düzgün olmaz. Çünki formanın dəyəri istifadə olunacaq materialın növündən, parçasından, keyfiyyətindən və digər texniki göstəricilərdən birbaşa asılıdır.

Hazırda hansı materialdan istifadə ediləcəyi hələ müəyyənləşməyib. Bu səbəbdən indiki mərhələdə qiymət səsləndirsək, bu, reallığı əks etdirməz və yanlış məlumat vermiş olarıq. Material və digər texniki detallar dəqiqləşdirildikdən sonra formanın təxmini və ya yekun qiyməti barədə fikir bildirmək mümkün olacaq".


Geri qayıt