Əsas Səhifə > Ana xəbər / Güney Press > Neft 100 dollar oldu: Maaş və pensiya artacaq?

Neft 100 dollar oldu: Maaş və pensiya artacaq?


Bu gün, 17:30

Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan nefti bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.83 dollar və ya 1.85 % bahalaşaraq 100.56 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 98.73 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Neftin bahalaşması ölkədə gəlirlərin artmasına gətirib çıxara bilərmi?

Məsələ ilə bağlı iqtisadçı-ekpert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, neftin qiymətində tez-tez dəyişikliklər baş verir, hətta bir neçə həftə bundan öncə 72 dollara qədər ucuzlaşmışdı:

“İndi neft 100 dollara qədər bahalaşıb. Bu təbii artım deyil. Siyasi gərginliyin, İran ətrafında baş verən proseslərin nəticəsidir.

Təbii ki, neftin qiyməti artdıqca Azərbaycanın neft gəlirləri də artır. Ancaq bunların təqaüdə, maaşların artımına xərclənməsi ilə bağlı ya parlamentdə büdcəyə əlavə və dəyişikliklər olunmalıdır, ya da qərarlar olmalıdır.

Hələlik parlamentdə büdcəyə əlavə və dəyişikliklər gündəmdə deyil, yay tətilidir. Payız sessiyasında isə gələn ilin büdcəsi formalaşacaq.

Əgər qiymətlər belə yüksək qalarsa, çox güman ki, gələn il maaş və təqaüdlərdə daha ciddi artımın şahidi ola bilərik”.


Geri qayıt