Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıda bu universitet BAĞLANIR?
Bakıda bu universitet BAĞLANIR?Bu gün, 15:29 |
|
Bakı Qızlar Universiteti üzrə institusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsi "uyğun deyil" olaraq qiymətləndirilib və Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"na uyğun müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunub. Bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilib. Qeyd edilib ki, qərar akkreditasiya Şurasının növbəti iclasında qəbul olunub. İclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "2024-cü və 2025-ci təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki"nə uyğun olaraq, 7 ali təhsil müəssisəsində aparılmış institusional akkreditasiya və 16 ali təhsil müəssisəsində "İbtidai sinif müəllimliyi" və "Məktəbəqədər təhsil" ixtisasları üzrə proqram akkreditasiyasının nəticələri müzakirə olunub. Bakı Qızlar Universitetinin həmin proqramı da "uyğun deyil" nəticəsi ilə akkreditasiya olunmuş hesab edilməyib. Xatladaq ki, ir müddət əvəl “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na dəyişiklik edilib: “Qaydalara edilən əlavə və dəyişikliklər akkreditasiya missiyasının məzmununa və fəaliyyətin qiymətləndirilməsinə yeni baxışı ehtiva edir. Sözügedən dəyişikliyə görə, ümumi akkreditasiya göstəricisi 100%-85% (“uyğundur”) və 84%-70% (“əsasən uyğundur”) aralığında olduğu təqdirdə təhsil müəssisəsi növbəti 5 il üzrə akkreditasiyadan keçmiş hesab olunur. Bu keçid göstəricisi daha öncə qüvvədə olan qaydalardakı qiymətləndirmə şkalasından 6% aşağı olduğu üçün təhsil müəssisələri üçün daha əlçatandır. Təlim və tədrisin təşkilinin təhsil müəssisələrinin əsas missiyası olduğunu nəzərə alaraq, bu istiqamətdə fəaliyyətin minimum 70% üzərində olması da zəruri hesab edilir. Belə ki, ümumi göstəricisi 69%-55% aralığında olan təhsil müəssisələri “qismən uyğundur” kimi dəyərləndirilir. Təlim və tədris istiqaməti üzrə də fəaliyyətin qənaətbəxş səviyyədə təşkil edilməməsi (70%-65% aralığı) təkrar akkreditasiya zərurətini yaradır”. Adətən akkreditasiyadan keçməyən ali təhsil müəssisəsinin fəaliyyəti təkrar qiymətləndirilr. Bu müddətdə qəbul dayandırılır və əgər təkrar qiymətəndirmədə də qərar dəyişməzsə, tələbələr başqa universitetlərə köçürülür. Azərbaycanda illər ərzində lisenziyası ləğv edilən, fəaliyyəti dayandırılan və ya akkreditasiyadan keçməyən əsas universitetlərə Azərbaycan Beynəlxalq Universiteti (ABU), Müstəqil Azərbaycan Universiteti (MAU) daxildir. Yaranmış vəziyyət sözügedən universitetlə qəbul prosesi ilə bağlı abturiyentlərdə və təhsillə bağlı tələbələrdə narahatlıq yaradıb. Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzində “Cebheinfo.az”-a bildirilib ki, plan yerlərinin ayrılıb-ayrılmaması məsələsi DİM-in səlahiyyətində deyil: “Onu Nazirlər Kabineti təsdiq edir. Təsdiq etdikdən sonra DİM-ə göndərirlər. O zaman biz “Abituriyent-4” jurnalında çap ediirk. Bu, bizim səlahiyyətlərimizdə deyil”. Mövcud vəziyyətlə əlaqədar Bakı Qızlar Universitetinə müraciət etsək də, telefon zənglərinə cavablandıran olmadı. Məsələ ilə bağlı digər qurum, Təhsildə Keyfiyyət Təminatı Agentliyinə isə rəsmi müraciət ünvanlanıb. Geri qayıt |