Əsas Səhifə > Ana xəbər / Güney Press > Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir?
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir?Bu gün, 10:46 |
|
Bakının Xəzər rayonunda ölümlə nəticələnən avtoqəzanın baş verməsində təqsirləndirilən "Arzum" ləqəbli tiktoker İlduzə Hacıyevanın həbsdən ev dustaqlığına buraxılması media və sosial şəbəkələrin müzakirə mövzusu olub. Maraqlıdır, Arzumu ev dustaqlığına buraxan hakim kimdir: Orta təhsilini bitiriəndən sonra 1998-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakultəsindən, 2005-ci ilə isə Bakı Dövlət Universitetinin Hüquq fakultəsindən məzun olub. 2006 – 2008-ci illərdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin İstehsal və xidmət müəssisələrinin idarəetmə mərkəzinin mütəxəssisi və aparıcı mütəxəssisi vəzifələrində çalışıb. 2008 – 2013-cü illərdə yenidən “Sunrise” şirkətinin hüquqşünası kimi fəaliyyət götərib. O, 2013-2018 ci illərdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb. 21 dekabr 2018-ci il tarixində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. 2026-cı ilin mayında Elnur Nuriyev Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyinat alıb. İlduzə Hacıyeva barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə yekun ittiham irəli sürülüb. Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, İlduzə Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilməklə, 5 il 2 ay müddətinə azadlıqdan məhrum olunub. O, təxminən 20 gün əvvəl məhkəmə zalında həbs olunmuşdu. Geri qayıt |