Əsas Səhifə > Ana xəbər / Güney Press > Hüquqşünas alimə cinayət işi açıldı
Hüquqşünas alimə cinayət işi açıldıBu gün, 10:18 |
|
Sabunçu rayonu, Sabunçu qəsəbəsi 4 saylı notariat ofisinin xüsusi notariusu Səbuhi Əliyev barəsində cinayət işi başlanılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, külli miqdarda mənimsəmədə ittiham olunur. Ədliyyə Nazirliyində aparılan daxili araşdırma nəticəsində Səbuhi Əliyevin külli miqdarda vəsaiti mənimsəməsinə əsaslı şübhələr yarandığından,barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ilkin araşdırması ilə müəyyən edilib ki, Səbuhi Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vəsaiti mənimsəyib. Ona bu əməlinə görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Notarius həbs edilməyib. Onun barəsində məhkəməyə qədər “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Məhkəmədə təqsiri sübuta yetirilərsə, dəymiş ziyan ödənilmədiyi halda onu 5 ildən 10 ilə qədər həbs gözləyir. Qeyd edək ki, internetdəki bioqrafiq məlumatlarında 44 yaşlı Səbuhi Əliyevin 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldığı, hüquqşünas alim olduğu qeyd edilir. Geri qayıt |