Əsas Səhifə > Ana xəbər / Güney Press > Camaat qaz vurub qazan doldurur....
Camaat qaz vurub qazan doldurur....Bu gün, 08:10 |
|
Ölkələr böhrana düşəndə, ən ağıllılar həmin böhrandan istifadə edib qazanc əldə edənlərdir.
Məsələn, Səddam Küveyti işğal edəndə bundan ən ağıllı istifadə edənlərdən biri BƏƏ oldu. Regiondan qaçan şirkətləri və investorları Dubaya cəlb edərək ömürlük gəlir mərkəzi yaratdı.
Vyetnam müharibəsindən qazananlardan biri Sinqapur oldu. Avropada vergi yükündən istifadə edərək texnologiya şirkətlərini cəlbedici şərtlərlə özünə çəkən İrlandiya böyük iqtisadi sıçrayış etdi.
Hazırda da Rusiya–Ukrayna müharibəsi var. Çin endirimli qiymətlərlə aldığı Rusiya nefti hesabına və satışını artırmaqla sənayesinin rəqabət qabiliyyətini artırdı.
Polşa Ukraynadan köçən on minlərlə yüksək ixtisaslı mütəxəssisi qəbul edərək xüsusilə İT və xidmət sektorunda üstünlük qazandı. Hətta Şimali Koreya belə Rusiyaya silah və sursat tədarükündən əldə etdiyi gəlirlər hesabına iqtisadi fəallığını dəfələrlə artırıb.
Qonşularımız Qazaxıstan, Gürcüstan və Ermənistan da fürsəti əldən vermədi. Sanksiyalar səbəbindən Rusiyadan köçən imkanlı şəxsləri və şirkətləri özünə cəlb etdilər. Avropaya qapısı bağlanan rus turistləri də özlərinə cəlb etdilər. Nəticədə hər 3 ölkənin iqtisadiyyatında ciddi canlanma yarandı.
Bu proseslərdən heç nə qazanmayıb, 0% iqtisadi artımla yerində sayan yeganə ölkə Azərbaycan oldu.
Çünki sərhədlər bağlıdır, qiymətlər çox bahadır, yerli malımız, özəl görünüşümüz yoxdur deyə turist gəlmədi.
Sahibkar hüquqlarının qorunmasına görə ən aşağı reytinqlərdən birində olduğumuz üçün isə xarici şirkətlər gəlmədi.
Müəlluf: Orxan Atabəy - Mənbə: "DİA-AZ"
QEYD: İSTİNAD VACİBDİR... İSTİNAD İMANDANDIR...
Geri qayıt |