Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı

Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı


Bu gün, 06:49

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft Energetika Kolleci Publik Hüquqi Şəxsinin dövlət büdcəsinə böyük məbləğdə vergi borcunun olduğu ortaya çıxıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, təhsil müəssisəsinin hazırda dövlətə düz 28.782,12 AZN məbləğində ödənilməmiş vergi borcu mövcuddur.

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yerləşən bu kollecin qanuni təmsilçisi isə Zümrüd Zahid qızı Vəliyevadır.

Qeyd edək ki, Bakı Neft-Energetika Kollecinin direktoru (direktor əvəzi) Zümrüd Vəliyevadır.


Geri qayıt