Əsas Səhifə > Ana xəbər / Güney Press > “Bir Ecosystem”də YENİ TƏYİNAT
“Bir Ecosystem”də YENİ TƏYİNATBu gün, 11:36 |
|
Azərbaycanda rəqəmsal maliyyə xidmətləri, ödənişlər və elektron ticarəti bir platformada birləşdirən “Bir Ecosystem”də Baş data və süni intellekt inzibatçısı təyin olunub. "DİA-AZ" "Banker.az"a istinadən xəbər verir ki, bu, Valeh Nəbiyevdir. O, 2026-cı ilin may ayından etibarən bu vəzifədə fəaliyyətə başlayıb. Bundan əvvəl Valeh Nəbiyev 2023–2026-cı illərdə PASHA Holding-də Baş Data İnzibatçısı vəzifəsində çalışıb. O, müxtəlif illərdə PASHA Technology, PASHA Bank, R.I.S.K. Company və AZNUR GmbH-də rəhbər vəzifələrdə fəaliyyət göstərib. Valeh Nəbiyev Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur. O, həmçinin Almaniyanın European University Viadrina universitetində insan hüquqlarının Avropa müdafiə sistemi üzrə təhsil alıb. Geri qayıt |