Əsas Səhifə > Ana xəbər / Güney Press > "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdurBu gün, 11:46 |
|
Bakının Binəqədi rayonu, "Baksol yolu" kimi tanınan ərazidə içməli suyun küçəyə axması sakinlərin narazılığına səbəb olub. Bu barədə Oxu.Az-a sözügedən ərazidə yaşayan sakinlər məlumat veriblər. Onların sözlərinə görə, boruda yaranan nasazlıq səbəbindən su uzun müddətdir yola axır. Nəticədə ərazi su altında qalıb. Dəfələrlə müraciət olunmasına baxmayaraq, problem hələ də aradan qaldırılmayıb. "Su idarəsi məsələni həll etmir. Bildirirlər ki, ərazidən yüksək gərginlikli elektrik xətti keçir. Amma vəziyyət acınacaqlıdır", - deyə sakinlər bildiriblər. Geri qayıt |