Əsas Səhifə > Ana xəbər / Güney Press > "Nəyi dəyişmisiniz, İlqar Bayramlı?"

"Nəyi dəyişmisiniz, İlqar Bayramlı?"


Bu gün, 09:00


"Açılan vakant yerlərə baxanda adamı gülmək tutur. Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" "DİA-AZ" xəbər verir ki, bu sözlər Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyinə müraciət ünvanlayan tanınmış jurnalist Ədil Hüseynlinin açıqlamasında yer alıb.

Jurnalist daha sonra fikrini belə davam etdirir: "Bu il 12 ixtisas üzrə yeni ixtisasları hansı peşə müəssisələrində açmısız? Satınalma ixtisasını niyə sıxıb saxladız? Bakıda o yekəlikdə Peşə Mərkəzlərinizdə "Satınalmalar" ixtisası niyə olmasın ki?

Bəlkə də olacaq, amma müqavilə ilə... Həmişəki kimi, imtahandan sonra...

Bakıda 3D rəqəmsal oyun dizayner - nə oldu, niyə açmadız?

Gülməli bilirsiz nədir?

"Kompüter sistem inzibatçısı" ixtisasını - "Ağdam Dövlət Peşə Təhsil Mərkəzi"ndə açmısız.

Ağdam Dövlət Peşə Təhsil Mərkəzində "Kompüter sistem inzibatçısı" olmaq üçün hansı imkanlarınız var? Ümumiyyətlə bilirsiz bu nə ixtisasdır?

Tələbələrin 90 faizi Bakıda təhsil alır, bu ixtisası niyə Bakıdakı peşə məktəblərinə vermədiz?

Bu da sentyabrda müqavilə ilə olacaq?

1 aydı telekanallarda, mediada qulaqlarımız mozol olub ki, yeni ixtisaslar, rəqəmsallaşma, kibertəhlükəsizlik, nə bilim elektronlaşma... Təsnifat kodu, dünya səviyyəsində peşə diplomlarını az qala tanıdırsız, falan filan...

Hardadı o "Rəqəmsal məzmun idarəçiliyi" ixtisası.... Cəmi 1 peşə məktəbində? Diğər peşə məktəblərində, bölgələrdə niyə bu ixtisasları yarada bilmirsiz?

Nəyiniz çatmır, kompyuteriniz yoxdur, müəllim heyəti çatışmır, yoxsa kimlərəsə maraqlı deyil?

Görünür hələ də Rəqəmsal İnkişaf üzrə fəaliyyət planı Emin Əmrullayev üçün qəti maraqlı deyil. Görünür hələ də sizə rəqəmsallaşma, süni intelektdənsə aşbaz, bərbər lazımdır...

Ölkəınin bütün peşə məktəbləri hər il minlərlə bərbər, aşbaz istehsal edir. Axı demişdilər ki, Azərbaycan rəqəmsallaşma, elektronlaşma sisteminə keçid edir və bu sahə üzrə peşə də daxil olmaqla kadrlar hazırlanmalıdır?

Siz nə edirsiz? Yenə bərbər, aşbazın sayını artırırsız, vacib sahələrə diqqəti yayındırırsız?
Aydındır, yenə imtahanlardan sonra müqaviləli ixtisaslar peyda olacaq və yenə, yenə..."


Geri qayıt