Əsas Səhifə > Ana xəbər / Güney Press > "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC qanunları BELƏ POZUR
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC qanunları BELƏ POZURBu gün, 06:02 |
|
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyəti (ASC) “Agrodrip” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə satınalma müqaviləsi imzalayıb. 32gun.az-ın əldə etdiyi məlumata görə, müqavilə suvarma şəbəkələrinin təmiri və yenidən qurulması üçün boruların, aksesuarlarının və müvafiq avadanlığın satın alınmasını nəzərdə tutur. Bağlanmış satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 249 944.6 AZN təşkil edir.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin sədri Cavid Abdullayevdir. Geri qayıt |