Əsas Səhifə > Ana xəbər / Güney Press > "Azər Türk Bank"ın rəhbərliyində dəyişiklik olacaq

"Azər Türk Bank"ın rəhbərliyində dəyişiklik olacaq


Bu gün, 11:12

"Azər Türk Bank" (ATB) ASC-nin rəhbərliyində dəyişiklik nəzərdə tutulur.

"APA-Economics" bu barədə Banka istinadən xəbər verir. Məlumata görə, avqustun 25-də bankın səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə daxil edilən yeganə məsələ "Azərbaycan Türk Bank" ASC-nin Müşahidə Şurasının tərkibinə dəyişiklik edilməsidir.


Qeyd edək ki, yığıncaq ATB-nin inzibati binasında keçiriləcək.


Geri qayıt